No Image
No Image

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO
Türkiyənin İstanbul şəhərində rusiyalı turistlər tanınmış markaya aid çanta oğurlayıblar.

Sfera.az xəbər verir ki, iki nəfər Rusiya vətəndaşı Sarıyerdə ticarət mərkəzindən 250 min lirə dəyərində (təxminən, 49 475 AZN) çanta oğurlayıblar.

Müşahidə kamerasına düşən görüntülərdən bəlli olub ki, həmin şəxslərdən biri heç kimin onu görmədiyinə əmin olduqdan sonra mağazanın vitrinindən çantanı götürüb və özü ilə gətirdiyi çantanın içinə qoyub.

Onun özü ilə apardığı çanta xüsusi hazırlanıb və siqnalizasiya bloklayıcı xüsusiyyətə sahib olub.

Məsələdən xəbər tutan satıcılar bu barədə polisə bildiriblər.

Bir gün sonra Şişli rayonunda da eyni oğurluğun törədilməsindən sonra Rusiya vətəndaşları İvan Fufayev və Sergey Çernikov tutularaq məhkəmə qərarı ilə həbs ediliblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu ölkədə də qapalı məkanlarda maska məcburiyyəti ləğv edilir

Niderlandda iyunun 26-dan etibarən qapalı məkanlarda maska taxmaq məcburiyyəti aradan qaldırılır. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar...

Quterreş ikinci müddətə BMT-nin Baş katibi təyin edildi

BMT Baş Assambleyasının bu gün keçirilmiş iclasında Antonio Quterreş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib. Sfera.az xəbər verir ki, qəra...

Moskvada virusa yoluxanların 90% -də Hindistan ştammı aşkarlandı

Moskvada koronavirusa yoluxanların demək olar ki, 90% -də Hindistan ştammı aşkarlanıb. Sfera.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bild...

Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 59 nəfər koronavirusun qurbanı olub...

Baydeni aylardır cavabsız qoyan Kim ABŞ-a ilk mesajını verdi

ABŞ rəhbərliyinin əlaqə qurmağa çalışdığı, lakin bütün səylərinin nəticəsiz qaldığı Şimali Koreya ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə ...

İbtidai sinif şagirdindən Makrona şok sual: "Şillə necə idi?"

Fransa prezidenti Emmanuel Makron yenidən şillələnmə mövzusu ilə müzakirə obyekti olub. Sfera.az bildirir ki, bu dəfə Makron məktəblərdən birinə ziyarəti ...