No Image
No Image

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ
Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra "Şücaətə görə” medalı ilə təltif edilib.

Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi oldu - VİDEO

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan "Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova "Green  Awards” müsabiqəsinin qalibi...

DSX sədri mərhum jurnalistin övladları ilə görüşdü - FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev vəfat edən "Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurna...

Hikmət Hacıyev: Ölkəmiz "feyk nyus" hücumlara məruz qalıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu...

“Qarabağ Zəfəri” müsabiqəsinin qalibləri Ərdoğanla görüşdülər

Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi "Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə sə...

“Azərbaycanlıların məzar daşlarını oğurlayıb Ermənistanda satırdılar” - VİDEO

Erməni bloqqer Roman Baqdasaryan ermənilərin işğal dövründə Qarabağdakı qəbiristanlıqlardan azərbaycanlılara aid məzar daşlarını Ermənistana apardıqlarını və sa...

Rusiyadan Azərbaycana təyyarə uçuşlarının sayı artacaq

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını iyunun 28-dən artıracaq. Sfera.az xəbər verir ki, bunu Rusiya hökumətinin sədr müavini Tatyana Qolikova bild...