Maraqlı

Qadın yaddaşını itirdi və 19-cu əsrə qayıtdı

Qadın yaddaşını itirdi və 19-cu əsrə qayıtdı
 

İngiltərənin Karlayl şəhərində qadın ensefalit xəstəliyinə tutulub və yaddaşını tamam itirib. 2016-cı ilin martında qripə yoluxduğunu düşünən Viki Harkness az sonra həyatının geridə qalanı haqda hər şeyi unudub.


Bizimyol.info xəbər verir ki, ingilis qadın əvvəlcə Ayda olduğunu iddia edib. Sonra isə, ümumiyyətlə, keçmişə gedib, 19-cu əsrə qayıdıb. Həkimlər indi neçənci il olduğunu soruşanda o "1860-cı il” cavabını verib.

Dostları, yaxınları onun yaddaşını geri qaytarmağa çalışıb. Ona toyunda çəkilmiş şəkilləri göstəriblər. Amma Viki özünü 19-cu əsr adamı kimi aparır, gündəlik tutur, qəribə davranışı ilə hamını təəccübləndirirdi.

Viki danışır ki, hətta ayaqqabılarını necə bağlamaq, dişlərini yumaq vərdişlərini də yenidən öyrənməli olub. "Aclıq hiss etmirdim. Yalnız deyiləndə yeyirdim. Dəhşət idi”, – Harkness belə xatırlayır.

Zamanla Vikinin yaddaşı özünə qayıtmağa başlayıb. O, idmanla məşğul olur, işləyir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031