No Image
No Image

Kreml və Parisin “yeni təşəbbüslər"i nəyi nəzərdə tutur? - "Hamısı Azərbaycanın əleyhinədir"

Kreml və Parisin “yeni təşəbbüslər
"Kreml Parisdən "yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni prezidentlər ( Fransa prezidenti Makron və Rusiya prezidenti Putin) hər hansı "yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi”.
 
Sfera.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Rusiya prezidentinin mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi:

"Bunlar edilməyibsə, deməli prezidentlər həqiqətən Qarabağla bağlı "yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada "yeni təşəbbüslər” cümləsinə istinad ediblər”.

E.Şahinoğlu Fransanın Ermənistandakı səfiri Conatan Lakotun "Armenpress” agentliyinə müsahibəsində "Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər” açıqlamasına da münasibət bildirib. O xatırladıb ki, diplomatın sözlərinə görə, Fransa prezidenti "hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb:

"Səfir deyib ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir. Beləliklə, Fransanın Ermənistandakı səfiri nə deyibsə, hamısı Azərbaycanın əleyhinədir. Fransa rəsmiləri və diplomatları "hərb əsirlər, humanitar yardım və mədəni irsin qorunması” dedikdə bütünlüklə ermənilərin maraqlarını nəzərdə tuturlar. Paris balansı qorumaq naminə bu sıraya minalanmış ərazilərin xəritələri əlavə etmək istəməyibsə, bununla bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub”.

Günay
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub: Qarabağı müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Sfera.az Rusiya XİN-nin saytına...

Dağlıq Qarabağa yük daşınmasına dair məlumatlarla bağlı İran XİN-dən AÇIQLAMA

İran Xarici İşlər Nazirliyi bu ölkənin yük maşınlarının Dağlıq Qarabağa yük daşımasına dair yayımlanan foto və videolara münasibət bildirib və bunun yalan məlum...

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Sfera.az bildirir ki, bu barədə Kremlin mətbuat...

Köçəryanın təklifinə digər eks prezidentlər nə cavab verəcək? - Paşinyana qarşı birlik...

"Bu birlik baş tutan deyil, digər iki eks-prezident Köçəryanın təklifinə müsbət cavab verməyəcək”. Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın keçmiş...

Allahşükür Paşazadənin məhkəməyə verilməsi xəbərinə qardaşından REAKSİYA: “Məsələnin şeyxə heç bir aidiyyatı yoxdur"

Sosial mediada yayılan xəbərlərə görə paytaxt sakini Seymur Quliyev Milli Məclisin üzvü Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadəni, həmçinin atası, ...

Köçəryanın sabah Yerevanda keçirəcəyi mitinq "Qarabağ klanı"nı "diriltməyə" yetəcəkmi? - ŞƏRH

"Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın mayın 9-u tərəfdarları ilə birlikdə Yerevanın Azadlıq meydanında mitinq keçirəcəyi haqqında məlumatlar var. Hə...