No Image
No Image

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu
Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, hərbi nümayəndə heyətimiz əvvəlcə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.

Nümayəndə heyətimiz Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.

Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.

Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər və icmalar naziri xanım Syuz...

Hikmət Hacıyev: “Sosial media saxta xəbərləri böyüdür”

"Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt bu problemi daha da artırır”. Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Preziden...

Baş nazir ciddi tapşırıqlar verdi

İyunun 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının...

Ceyhun Bayramov Somalinin XİN başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Somali Federal Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq na...

Prezident səhiyyə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sər...

Nazirdən azad edilmiş ərazilərdə invertarlaşdırma ilə bağlı - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə 13 min 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb. Sfera.az xəbər verir ki, bu barədə öz tvitter hesabında iqtisadiyy...