Maraqlı

Bu şəkildə nə görürsünüz? - Cavablar xarakterinizi müəyyənləşdirir - FOTO

Bu şəkildə nə görürsünüz? - Cavablar xarakterinizi müəyyənləşdirir - FOTO
 

İlk baxışda gördüyünüz şeydən asılı olaraq xarakterinizi müəyyənləşdirən fotolara biri də əlavə olunub.

 

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, psixoloqlar tərəfindən hazırlanan yeni foto insanların xarakterini müəyyənləşdirməyi asanlaşdırır.

 

Wake Up Your Mind yazır ki, əgər ilk baxışda dodaq görürsünüzsə sakit və mülayim tipiniz var. Sizinlə yola getmək və sizi yola gətirmək asandır. "Az aşım, ağrımaz başım" prinsipi ilə həyat sürürsünüz. Müəyyən qədər saf olsanız da, lazımi qədər ağıllı və müdriksiniz.

 

Əgər ilk baxışda ağac görürsünüzsə siz güclü və sirli birisiniz. İnsanların sizin barənizdə nə düşündüyünə önəm verirsiniz. Ətrafınızdakı insanlar inamınızı qazandıqdan sonra onları yaxına buraxırsınız.

 

Əgər şəkilə ilk baxanda gördüyünüz şey kökdürsə, onda siz səhvlərinizi qəbul etməyi bacarırsınız. Tənqidə açıq, sərbəstliyi sevən, həm də məsuliyyətli birisiniz.

 

Qeyd edək ki, sorğuda iştirak edən insanların 60 faizdən çoxu şəkilə ilk baxanda dodaq gördüyünü bildirib.

 



XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031