Maraqlı

Arif Babayev küsülü olduğu Canəli Əkbərovdan DANIŞDI: "Yaşlı adamdır..."

Arif Babayev küsülü olduğu Canəli Əkbərovdan DANIŞDI:
 

Xalq artisti Arif Babayev küsülü olduğu Canəli Əkbərovu xəstəxanada ziyarət edəcək.

Bu barədə Unikal.org-a açıqlama verən xalq artisti insult keçirən xanəndə yoldaşının səhhəti ilə maraqlanacağını deyib:

"Allah şəfa versin. Hazırda Bakıdan kənardayam. Xanəndə yoldaşımızdır, yaşlı adamdır. Allah köməyi olsun. İnşallah mən Bakıya gələnə qədər sağalar. Yox əgər xəstəxanada olsa, yanına gedib, Canəli müəllimin səhhəti ilə maraqlanaram. Sənətkar adamdı, insandır da bir-birimizə lazımıq. Bilmirəm  bu dünya kimə lazım olacaq. İnsanlar əgər mehriban, dost olmasa bu həyat nə ilə yoğrulmalıdır?"

Qeyd edək ki, bir neçə gün öncə  xalq artisti Mənsum İbrahimov küsülü olduğu xanəndə Canəli Əkbərovu xəstəxanada ziyarət edib.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031