No Image
No Image

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DSX rəhbərliyi Ermənistanla sərhədə ezam olundu

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttin...

Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olundu

Mayın 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 15 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfe...

Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabine...

Gürcüstan Azərbaycanla quru sərhədləri açır? - TARİX

"Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır". Sfera.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat...

“Azərbaycanda kişilərə qarşı psixoloji müharibə gedir” – Sosioloqdan ilginc AÇIQLAMA

"Qadınlara qarşı zorakılıq barədə uzun müddətdir danışılır. Amma hər zaman bu cür yanaşmanı tənqid etmişəm. Bu, doğru yanaşma deyil. İndi də kişilərə qarşı zora...

Zəfər çalmış milli qürurumuzun ləyaqət bayramı

Əminəm ki, heç kim unutmayıb o səhnəni.Paşinyanın başının dəstəsi ilə Şuşada qurduğu kef məclisini nəzərdə tuturam. Bu yadelli keflənib,özünə oxşayanlarla bir y...